"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında

--2018-02-20 / 03:56

“Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZəRBAYCAN RESPUBLiKASI NAZiRLəR KABiNETiNiN QəRARI

 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 28 fevral 2017-ci il

     â„– 71

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 28 fevral tarixli 71 nömrəli qərarı ilə

TəSDiQ EDiLMişDiR

 

 

Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.0.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması qaydasını müəyyən edir.

1.2. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına və əhaliyə əvəzsiz olaraq verilməsi nəzərdə tutulan vasitələrə bütün flora növləri üzrə standart ölçüyədək yetişdirilən və ya alınan, yaxud qanunvericiliklə qadağan olunmayan digər yollarla əldə olunan əkinəyararlı materiallar (tinglər, toxmacarlar) və bu Qaydanın 1.3-cü bəndi ilə müəyyən edilən avadanlıqlar, inventar və digər vasitələr aiddir.

1.3. Bu Qaydada avadanlıq dedikdə, yaşıllıqların salınması prosesində istifadə olunan iş alətləri, o cümlədən yaşıllıq ərazilərinə (habelə yaşıllıq salınacaq ərazilərə) mexaniki, kimyəvi vasitələrlə təsir göstərmək üçün inventar, həmçinin fəaliyyətin asanlaşdırılması üçün ümumi və texniki təyinatlı alətlər, yaşıllıq salınması prosesində lazım ola biləcək və belə işlərin təşkili praktikasında mövcud olan mexanikləşdirilməmiş digər əl əməyi alətləri nəzərdə tutulur.

1.4. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına və əhaliyə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin verilməsi ilə bağlı tələb olunan xərclər dövlət büdcəsindən maliyyələşən qurumlar üzrə ödənişli əsaslarla göstərdikləri xidmətlərdən əldə olunan büdcədənkənar xüsusi vəsaitlər, digər qurumlar üzrə isə qanunvericiliklə qadağan olunmayan fəaliyyətlərindən daxil olan vəsaitlər hesabına həyata keçirilir.

 

2. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması

 

2.1. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali (bundan sonra – ərizəçi) əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması üçün istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edirlər. ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

2.1.1. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

2.1.2. hüquqi şəxslər üçün (bələdiyyələr daxil olmaqla) - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması (bələdiyyələr üçün - bələdiyyənin şəhadətnamə nömrəsi), hüquqi ünvanı barədə məlumat;

2.1.3. yaşıllıq salınması məqsədi ilə tələb olunan əkin materialları, avadanlıq, inventar və digər vasitələrin sayı barədə məlumat (siyahı);

2.1.4. yaşıllıq salınması nəzərdə tutulan ərazi barədə məlumatlar (ünvanı və ölçüləri);

2.1.5. yaşıllıq salınmasının ekoloji, ətraf mühitin sağlamlaşdırılması, təbliğat və maarifləndirmə baxımından əhəmiyyətinin əsaslandırılması.

2.2. ərizəçinin müraciətinə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır və yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin-olunma haqqında qərar qəbul edilir.

2.3. Yaşıllıq salınması məqsədi ilə ərizəçiyə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz verilməsi qaimə-faktura əsasında həyata keçirilir.

2.4. ərizəçinin müraciətində və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən ərizə qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq, bütün çatışmazlıqlar göstərilməklə, ərizəçiyə məlumat verilir. ərizəçi tərəfindən ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaşıllıq salınması məqsədi ilə ərizəçinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması barədə qərar qəbul edilir.

2.5. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlər təqdim edilmədikdə və ərizəçinin təqdim etdiyi sənədlərdə düzgün olmayan, o cümlədən təhrif olunmuş məlumatlar aşkar olunduqda, yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz olaraq verilməsindən imtina edilir.

2.6. ərizəçidən bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.7. Bu Qaydada göstərilən əsaslarla yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz olaraq verilməsindən imtina olunduğu halda, bu barədə ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

2.8. Yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz olaraq verilməsindən imtina olunması barədə ərizəni qəbul edən müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanının qərarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

2.9. ərizəçiyə yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələr həmin vasitələrin təbii istismar müddətinə uyğun verilir. Müvafiq vasitələrin təbii istismar müddəti bitdikdə, onlar üzrlü səbəblərdən sıradan çıxdıqda, həmçinin istifadə olunaraq tükəndikdə, ərizəçi yeni vasitələrlə təmin olunması ilə bağlı istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarına yenidən müraciət edə bilər.

2.10. ərizəçi əvəzsiz verilən əkin materiallarından istifadə etməklə, yaşıllıq salınan ərazilərdə aşağıdakı tələblərə əməl etməlidir:

2.10.1. ərazidə torpağın münbitliyinin qorunmasının təmin edilməsi və onun deqradasiyasına yol verilməməsi;

2.10.2. ərazilərin zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verilməməsi;

2.10.3. ərazidə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi;

2.10.4. yaşıllıqların mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilməsi, qanun pozuntularının qarşısının alınması.

2.11. ərizəçi bu Qaydanın 2.10-cu bəndində göstərilən tələblərə əməl etmədiyi təqdirdə, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunmur.

2.12. ərizəçi tərəfindən yaşıllıq salınması məqsədi ilə əvəzsiz qaydada verilmiş əkin materialları, avadanlıq, inventar və digər vasitələrdən təyinatı üzrə istifadə etmədiyi aşkar edildikdə, həmin vasitələr geri alınır.

2.13. Yaşıllıq salınması məqsədi ilə əvəzsiz qaydada verilmiş əkin materialları, avadanlıq, inventar və digər vasitələrin təyinatı üzrə istifadəsinə həmin vasitələri vermiş istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət edilir.

 

 

ŞƏRHLƏR